Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 14:24
"Dezeen Redesign the World"un finalçısı Dennis Kristian Şmidt bəşəriyyətin özünü iqlim dəyişikliyindən qoruya biləcəyi yeraltı şəhər tikməyi təklif edib.
Bu barədə "Dezeen" nəşri məlumat yayıb.
Sonxeber.net Publika.az-a istinadən bildirir ki, Şmidt sözügedən təşəbbüsü "Mağara Şəhəri" ("Cave City") adlandırıb. Bu, gölün ətrafında, yerin bir neçə on metr dərinliyində yerləşən böyük yaşayış massivləri kompleksidir. Binaların memarlığı Kolizeyə bənzəyəcək. Tavanların havalandırma sistemi ilə təchiz edilməsi planlaşdırılır. Beləliklə, insanlar məhsul yetişdirə biləcəklər. Vətəndaşlar rayonlarda metro ilə səyahət edəcəklər.
Layihə müəllifinin fikrincə, iqlim problemləri, o cümlədən təbii fəlakətlər insanları yaşamaq üçün yeni yerlər axtarmağa məcbur edə bilər:
"İqlim dəyişikliyi və bunun nəticəsində təbii fəlakətlərin sayının artması bizi həyat üçün alternativ məkanlar axtarmağa məcbur edəcək. Şəhərləri tufanlardan, tornadolardan və temperaturun yüksəlməsindən qorumaq lazımdır", - deyə Şmidt izah edib.
2021-ci ilin sentyabrında danimarkalı memar və BIG qurucusu Byarke İnqels, sahibkar Mark Lore ilə birlikdə ABŞ səhrasının ortasında "Telos" adlı yeni şəhər tikmək qərarına gəlib. Beş milyon insan 150 min akr (60,7 min hektardan çox) ərazidə yaşaya biləcək.