Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cari ildə İtaliyada 103 qadın qətlə yetirilib

Cari ildə İtaliyada 103 qadın qətlə yetirilib

Tarix: 15 Noyabr 2021 21:34

İtaliyada ilin əvvəlindən bu vaxtadək yüzdən çox qadın qətlə yetirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İtaliya polisinin Cinayət İdarəsinin hazırladığı "qəsdən adam öldürmə" adlı hesabata görə, cari ildə ölkədə ümumilikdə 247 qətl hadisəsi qeydə alınıb. Bunlardan 103-nün qadın qətli olduğu bildirilir. Həmin 103 qətl hadisəsindən 87-si məişət zorakılığı nəticəsində baş verib.

Hesabatda İtaliyada hər üç gündə bir qadının qətlə yetirildiyi qeyd edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qadınların qətlə yetirilməsi faktlarında 6 faiz artım olub.

Qeyd edək ki, 2018-ci ildə İtaliyada 141, 2019-cu ildə 111, keçən il isə 116 qadın qətlə yetirilib.


Etiketlər:  Cari ildə İtaliyada qadın qətlə yetirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ