Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mükafatlarından çox geyimləri müzakirə olundu - FOTO

Mükafatlarından çox geyimləri müzakirə olundu - FOTO

Tarix: 16 Noyabr 2021 00:34

MTV EMA mükafatları ötən gün Macarıstanın paytaxtı Budapeştde sahiblərinə verilib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, gecədə önə çıxan sima Ed Şiran "Ən yaxşı sənətçi" və "Bad Habits" mahnısına görə "Ən yaxşı mahnı" mükafatını qazanıb.

"Eurovision 2020" qalibi "Maneskin" isə "Ən yaxşı rok sənətçisi" nominasiyasında qalib seçilib.

K-Pop-un ən ümdə təmsilçisi BTS qrupu "Ən yaxşı pop", "Ən yaxşı K-Pop", "Ən yaxşı qrup", "Ən böyük fanat kütləsi" mükafatlarına layiq görülüb.

Səkkiz nominasiyada yarışan Castin Biber gecədə qazananlardan olmasa da, onun rəqibi kimi göstərilən Maluma "Ən yaxşı Latın sənətçi" seçilib.

"Ən yaxşı Hip-Hop sənətçisi" Niki Minaj, "Ən yaxşı elektronik musiqi sənətçisi" Devit Quetta, "Ən yaxşı əməkdaşlıq" Doca Kət və SZA-nın "Kiss me more" mahnısı seçilib.

Bundan başqa, gecədə "Ən yaxşı çıxış edən sənətçi" Saviti, "Ən yaxşı alternativ" Yunqblud, "Montero" klipinə görə Lil Nas İks "Ən yaxşı klip" mükafatını qazanıb.

Tədbirdə ən diqqət çəkən "Maneskin" qrupunun üzvlərinin səhnə libasları olub.


Etiketlər:  Mükafatlarından çox geyimləri müzakirə olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ