Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 09:16
İspaniya "Barselona"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.
Sonxeber.net preport-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi misirli hücumçunun transferi ilə bağlı işlərə start verib.
İddiaya görə, 29 yaşlı forvardın keçidi ilə yeni baş məşqçi Xavi Ernandes və klubun prezidenti Juan Laporta şəxsən maraqlanır. "Barselona" rəhbərliyinin transfer işlərini gizli şəkildə davam etdirdiyi bildirilib.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın mersisaydlılarla 2023-cü ilin yayınadək müqaviləsi var.