Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 12:42
Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru Azər Paşa Nemətovun bir sıra rəsmi tədbirlərdə iştirak etməməsi diqqətdən yayınmayıb.
Sonxeber.net xəbər verir ki, Akademik Milli Dram Teatrından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl səhəttində problem yaranmış Xalq artisi hazırda yaxşılaşıb:
"Xalq artisti Azər Paşa Nemətovun səhhətində müəyyən problem yaranmışdı. Bel nahiyəsindəki bəzi ağrılardan əziyyət çəkirdi. Həkim nəzarəti altında oldu və bir müddət müalicə aldı. Hazırda səhhətindəki problemlər aradan qalxıb".