Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 18:14
Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli cinayət törədilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Generalovlar ailəsində mənzillə bağlı mübahisə düşüb. 36 yaşlı Aleksey Generalov mübahisə zəminində atası Aleksandrı güllələyərək öldürüb. Sonra onu doğrayaraq, çantalara yığıb. Aleksey gecənin düşməsini gözləyib, bundan sonra çantaları Smalenka çayına atıb.
Polis axtarışlar nəticəsində çantalardan birini tapıb. Digər çantanın axtarışları davam edir.
Aleksey Generalov həbs edilib, istintaq işləri aparılır.