Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 13:28
Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.
Bu gün Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) mundialda ilk görüşlərini keçiricək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin