Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 20:14
Sumqayıtda 6 nəfərlik ailə marşrut dayanacağında məskunlaşıb. Dayanacaq məntəqəsinin sahəsi təxminən 15 kvadrat metrdir. Baxımsızlıq ailənin yaşayışını gündən-günə çətinləşdirir. Ailənin mənzil şəraiti yaxşılaşdırmaq üçün hansısa addım atılacaqmı?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Qubadlı rayonundan olan bu ailə 4 ildir ki, avtobus dayancağının içərisində yaşayır.
Məskunlaşdıqları dayancaq tikilisinin sahəsi təxminən 15 kvadrat metrdir. Baxımsızlıq onların şəraitini gündən-günə çətinləşdirir.
Məsələ ilə bağlı Qubadlı Rayon İcra Hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi Ələddin Mirzəyev bildirib ki, ailənin vəziyyətindən xəbərdardırlar. Mütəmadi olaraq onlara yardım edilib. Hətta ailəyə Sumqayıt şəhərində yataqxanaların birində mənzil də təklif olunub. Ancaq onlar bundan imtina ediblər.
Ələddin Mirzəyev əlavə edib ki, Qubadlı rayonu artıq işğaldan azad edilib. Qayıdışa start verilən kimi Sadıqovlar ailəsi də ilk köçürülən ailələrdən olacaq.