Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqareti söndürməməsi məşhur müğənniyə baha başa gəldi

Siqareti söndürməməsi məşhur müğənniyə baha başa gəldi

Tarix: 19 Noyabr 2021 12:25

Rusiyalı müğənni Marina Xlebnikova yanğın zamanı xəsarət alıb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə Moskvada müğənninin ikimərtəbəli mənzilində baş verib.

56 yaşlı müğənnidən başqa mənzildən onun əri və qızı da xilas edilib.

Xlebnikova süni tənəffüs cihazına qoşulub. Onun vəziyyəti ağır qiymətləndirilir. Ehtimal edilir ki, yanğına səbəb müğənninin siqareti söndürmədən yatması olub.

Daha əvvəl müğənni Şura M.Xlebnikovanı spirtli içki asılılığından xilas etməyə çağırmışdı. Keçmiş ərinin ölümündən sonra Xlebnikova demək olar evdən çıxmayıb, hətta əsəb probleminə görə xəstəxanada müalicə alıb. Məşhur bu hadisədən sonra 41 kiloqrama qədər arıqlayıb.


Etiketlər:  Siqareti söndürməməsi məşhur müğənniyə baha başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ