Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 15:40
Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan "Qəbələ"nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov "Report"a açıqlamasında hazırda 25 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu deyib.
39 yaşlı mütəxəssis mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib: "Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək".
Qeyd edək ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub.