Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Allahın aslanı” ləqəbi ilə tanınan şəxs kim olub?

“Allahın aslanı” ləqəbi ilə tanınan şəxs kim olub?

Tarix: 20 Noyabr 2021 22:50

İslam tarixində "Əsədullah", yəni "Allahın aslanı" ləqəbinin hansı səhabəyə aid olması barədə bəzi fikir ayrılıqları vardır. Daha çox əhli-sünnə mənbələrində qeyd edilir ki, bu ləqəb Həzrət Peyğəmbərin (s) əmisi, İslamı ilk qəbul edənlərdən olan Həmzəyə aiddir. Bununla belə, bəzi şiə mənbələrində də bu cür xəbərlərə rast gəlirik (məsələn, şiə mənbələrində Həzrət Həmzənin ziyartnaməsində ona "əsədullah" deyə salam verilir). Əksər şiə mənbələrinə və eləcə də, bir çox əhli-sünnə kitablarına görə isə, "Əsədullah" ləqəbi möminlərin əmiri İmam Əli ibn Əbutalibə (ə) məxsusdur. Şiə məzhəbində İmam Əli (ə) "Əsədullahül-qalib", yəni Allahın həmişə qələbə çalan aslanı adlandırılır. Bu ləqəb klassik ədəbiyyatımızda "şiri-Xuda" şəklində də işlədilir.

Milli.Az


Etiketlər:  Allahın aslanı ləqəbi ilə tanınan şəxs kim olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ