Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 23:50
Gecə namazı ən çox təkid olunan müstəhəb namazlardandır. Hədislərdə, eləcə də alimlərimizin tövsiyələrində bu namazı qılmaq çox bəyənilən əməl sayılır. Gecə namazı qılmaqla çoxlu savab əldə etməyin, mənəvi təkamülə çatmağın mümkünlüyü qeyd edilib. Gecə namazını gecə yarısı keçdikdən sonra sübh azanına kimi müddət ərzində qılmaq müstəhəbdir. Gecə yarısının vaxtı əksər namaz cədvəllərində qeyd edilir. Gecə namazının daha çox savablı vaxtı isə gecənin sonu, yəni sübh azanına yaxın vaxtdır. Bəzi müctəhidlərin risaləsində gecə namazını gecənin son üçdən-bir hissəsində qılmağın daha yaxşı olduğu qeyd edilib. Gecənin uzunluğu axşam Günəş batdığı zamandan ertəsi gün sübh azanına kimi keçən müddətdir. Gecənin son üçdən-bir hissəsini tapmaq üçün bu müddəti 3 hissəyə bölmək lazımdır.