Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya karantin tədbirlərini sərtləşdirdi

Çexiya karantin tədbirlərini sərtləşdirdi

Tarix: 23 Noyabr 2021 13:00

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində virusəleyhinə qaydaları sərtləşdirmək niyyətindədir.

Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bundan sonra müəssisələrin və ticarət obyektlərinin əksəriyyətinə giriş yalnız maska və vaksinlənmə sertifikatı vasitəsilə olacaq. Əvvəllər ölkədə bu qayda fəaliyyət göstərməyib, yəni vətəndaşlar maskanı məcburi deyil, könüllü şəkildə taxa bilərdi. İndi isə cansıxıcı statistika hökuməti daha sərt tədbirlərə əl atmağa məcbur edib.

Yeni qaydalara görə, çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək və hələlik belə hal dekabrın ortalarınadək davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti bütün tibb işçilərinin peyvəndlənməsini bir vəzifə kimi irəli sürüb.


Etiketlər:  Çexiya karantin tədbirlərini sərtləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ