Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

Tarix: 25 Noyabr 2021 23:00

ABŞ-ın Avropa-Afrika Hərbi Dəniz Qüvvələrinin 6-cı Dəniz Donanmasına məxsus hərbi gəmi Qara dənizə daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məlumatı 6-cı Dəniz Donanması yayıb.

Bildirilib ki, müntəzəm patrul çərçivəsində Qara dənizə daxil olmuş idarəolunan raketlər daşıyan "USS Arleigh Burke" (DDG51) hərbi gəmisi vacib beynəlxalq dəniz yollarında təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədi ilə regiondakı NATO müttəfiqləri və tərəfdaşları ilə birgə fəaliyyət göstərəcək, qarşılıqlı əməliyyat qabiliyyəti və effektivliyin yüksəldilməsi məqsədi ilə tərəfdaş potensialı yaradacaq.

Milli.Az


Etiketlər:  ABŞ a məxsus hərbi gəmi Qara dənizə daxil olub


RƏYLƏR