Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 14:42
Bəlli olduğu kimi, ötən gün Kemerovo vilayətindəki "Listvyaznaya" kömür mədənində baş vermiş faciəli hadisə nəticəsində 52 nəfər həlak olub, daha 49 nəfər isə xəstəxanadadır.
Ermənistanın "Qraparak" qəzeti bu məsələyə toxunur və rəsmi İrəvanı yenə ləng hərəkət etməkdə ittiham edir. "Azərbaycan prezidenti dünən, bu gün isə Xarici İşlər Nazirliyi artıq Rusiyaya başsağlığı verməyə nail olub. İlham Əliyevin başsağlığı həm Azərbaycan, həm də Rusiya mətbuatında dərc olunub. Nə Ermənistan baş nazirinin saytında, nə də Xarici İşlər Nazirliyinin saytında bu faciəli hadisə ilə bağlı Rusiyaya göndərilmiş başsağlığı məktubu var. Bu arada Rusiya bizim üçün strateji müttəfiqdir.
Üstəlik, indi xalqın dediyi kimi, 100 % Rusiyaya baxırıq. İnsanlıq öz yerində, amma rəsmi başsağlığı da bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda müəyyən jest, diplomatik addım ola bilərdi. Və Bakı yenə İrəvanı qabaqlayır. İndi İrəvandan başsağlığı səslənsə, artıq "qazı çıxmış mineral su" olacaq. Və İrəvanın bu axmaq işi nə vaxta qədər davam etdirəcəyi məlum deyil", - deyə qəzet yazır.
Kamran Seyidov