Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 21:46
İtaliyada zorakılığa məruz qalan qadınlara dövlət tərəfindən ayda 400 avro veriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın ailə və bərabər imkanlar naziri Elena Bonetti deyib.
Nazir ölkəsinin qadınlara qarşı zorakılıqla mübarizə məqsədilə həyata keçirəcəyi tədbirləri açıqlayıb. Qeyd edib ki, dövlət zorakılığa məruz qalan qadınlara ayda 400 avro məbləğində "azadlıq gəliri" verməyə hazırlaşır.
Qeyd edək ki, 1999-cu ildən etibarən noyabrın 25-i Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü qeyd olunur.
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, təkcə ötən il dünyada 87 min qadın öldürülüb.
Dünya Bankının hesablamalarına görə, dünyada 1 milyard qadın zorakılığa məruz qalır.