Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti

Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti

Tarix: 28 Noyabr 2021 22:03

Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

İran dövlət başçısı bildirib:

"Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir".


Etiketlər:  Azərbaycanla əlaqələrdə heç anlaşılmazlığın olması gərək deyil İran Prezidenti


RƏYLƏR