Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürək və onunla mübarizə formaları

Öskürək və onunla mübarizə formaları

Tarix: 28 Noyabr 2021 23:42

Yeni növ koronavirus (COVID-19) xəstəliyinin alqoritmi üç əsas istiqamətdə aparılmalıdır. Bu, kliniki müayinələr, epidemioloji anamnez və laborator diaqnozudur. Xəstənin ilk kliniki əlamətlərindən biri də öskürəkdir. Yoluxmanın ilk mərhələsində həmin virus yuxarı tənəffüs yollarında çoxalır, sonra aşağı enərək ağciyərlərə düşür və iltihabi proses başlayır. Öskürəkdən sonra ikinci mərhələ hərarətin artmasıdır. Ona görə də ilkin əlamətlərdən biri öskürəkdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova deyib.

Onun verdiyi məlumata görə, öskürək tənəffüs orqanları xəstəliklərinin tez-tez baş verən əlamətlərindən biridir, tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşdükdə meydana çıxır. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə öskürək yarana bilər, lakin allergik mənşəli öskürək də olur.

Pediatr-infeksionist deyib: "Davametmə müddətinə görə tutmayabənzər, dövrü davam edən və ya periodik, xüsusilə bronxit zamanı fasiləsiz davam edən və qısamüddətli öskürəklər olur. Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır və ona əsasən bronxit, ağciyərin iltihabı və vərəmdə təsadüf edilir. Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərində, bronxların yad cisimlə qıcıqlanması nəticəsində, bronxların və ağciyərin iltihabı xəstəliklərinin başlanğıc mərhələsində meydana gəlir. Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün hər şeydən əvvəl onu törədən əsas xəstəliyi müəyyən etmək və təsir göstərmək lazımdır.

Nəmli öskürəyi suvaşqan, qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələrlə yüngülləşdirirlər. Öskürəkdə ağrıkəsici vasitələr kimi həkimin təyinatı əsasında xardal kağızları, bankalar və s. tətbiq edilir. Bundan başqa sinəyə isti islatmalar qoyulur və ayaqlar ilıq suda vanna edilir".


Etiketlər:  Öskürək onunla mübarizə formaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ