Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 15:32
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Gürcüstanla qarşılaşacaq 21 yaşadək futbolçularından ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib.
Qapıçılar: Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev ("Keşlə"), Nicat Mehbaliyev ("Qarabağ")
Müdafiəçilər: Amin Seydiyev ("Qəbələ"), Turan Manafov ("Səbail"), Murad Qayalı ("Keşlə"), Nihad Tamazov ("Qarabağ"), Elçin Mustafayev ("Sabah"),Ege Atlam ("Bayrampaşa", Türkiyə), Hüseyin Seyliğli ("Darıca Gənclərbirliyi", Türkiyə)
Yarımmüdafiəçilər: Nicat Süleymanov, ("Zirə"), Hacıağa Hacılı ("Qarabağ"),
Fərid Nəbiyev ("Slaviya", Praqa, Çexiya), Barış Ekincier ("Austria Klaqenfurt", Avstriya), Rövlan Muradov ("Qəbələ"), Rafael Məhərrəmli ("Zirə"), Tural Bayramlı ("Keşlə"),Şakir Seyidov ("Sabah"), İsmayıl İbrahimli ("Qarabağ"), Elvin Cəfərquliyev ("Sumqayıt")
Hücumçular: Doğukan Öksüz ("Eyüpspor", Türkiyə), Musa Qurbanlı ("Qarabağ"), Emil Qasımov ("Sabah")
Qeyd edək ki, millimiz “Dalğa Arena”da sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanla üz-üzə gələcək.