Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 19:16
İngiltərədə 61 nəfər 3 gün boyunca barda köməksiz halda qalıb.
Buna səbəb ötən həftə müşahidə edilən hava durumu olub. Belə ki, cümə günü başlayan çovğun bölgədə qar səviyyəsini 1 metrə qədər çatdırıb və evlərin pəncərələrinə qədər qalxıb. Nəticədə sözügedən 61 nəfər müştərisi olduqları "Tan Hill Inn" adlı barda bağlı qalıb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, lakin onların vəziyyətlərindən məmnunluğu ifadə edilib. Sahibkar Nikola Tovnsend bəzi şəxslərin hətta bardan ayrılmaq istəmədiyini deyib. Musiqiçilər də daxil olmaqla, 61 nəfərdən bəziləri barın istirahət otağında düşərgə qurub. Onların bilgi yarışmaları, müxtəlif əyləncələr təşkil etməklə zaman keçirdikləri əlavə edilib.
Digər tərəfdən qar çovğunu York və Şotlandiya arasındakı bölgələrə də təsirsiz ötüşməyib. Bir çox yerlərdə elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayandırılıb.