Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yumurtalıq kistasına qarşı qara üzüm

Yumurtalıq kistasına qarşı qara üzüm

Tarix: 2 Dekabr 2021 08:03

Bir qrup elm adamı tərəfindən aparılan araşdırma zamanı qara üzüm yeməyin yumurtalıqlarda əmələ gələn kistaları müalicə etdiyi məlum olub.

Bir neçə universitetin elm adamlarından təşkil olunan qrup laboratoriya sınaqlarından sonra qara üzüm yeməyin qadınlarda menstruasiya pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması kimi bir çox problemlərə səbəb olan kistalara qarşı müalicəvi təsiri olduğu nəticəsinə gəlib.

Araşdırmanın üzvlərindən biri olan İstanbul Elm Universiteti Fizioloji Fundamental elm üzrə tədris üzvü və Eksperimental Cərrahiyə və Araşdırma Mərkəzinin məsul üzvü, yardımçı dosent, dr. Oytun Erbaşın fikrincə, ən çox qara üzümün tərkibində olan resveratrol adlı birləşmə yumurtalıqlarda büyümə və çox sayda kistanın yaranması ilə müşayiət olunan polikistik over sindromunu (PKOS) müalicə edə bilər.

Bu xəstəliyə qadınlar arasında 5-10 nisbətində rast gəlindiyi və menstrual pozğunluq, civzə, köklük, insulinə davamlılıq, tüklənmə, sonsuzluq, hamiləliyin pozulması riskində artım kimi problemlərə səbəb olduğu, həmçinin damar sərtliyi, uşaqlıq və döş xərçəngi riskini də artırdığı bildirilir.

Bu xəstəliyə qarşı təsirli olan resveratrol həmçinin ərik, üzüm, tut, alça, fındıq, alma kimi bir çox meyvənin tərkibində də mövcud olan olan polifenol birləşməsidir. İltihab azaldıcı təsiri vardır. Bu səbəblə də damar sərtliyi, xərçəng, Alzheimer xəstəliyinə qarşı da qoruyucu xüsusiyyətə malikdir.

Araşdırmaların nəticələri beynəlxaql statuslu qadın xəstəlikləri və doğuş haqqında jurnal olan "Reproductive Sciences"da dərc olunub.


Etiketlər:  Yumurtalıq kistasına qarşı qara üzüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ