Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda gənc yol qəzasında ağır xəsarət alıb

Bakıda gənc yol qəzasında ağır xəsarət alıb

Tarix: 2 Dekabr 2021 08:48

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfov Azər Sabir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuq və bud çanaq oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.


Etiketlər:  Bakıda gənc qəzasında ağır xəsarət alıb


RƏYLƏR