Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 18:14
Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.
Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.