Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti Google-dan gizli reklam alır

Apple şirkəti Google-dan gizli reklam alır

Tarix: 2 Dekabr 2021 21:12

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tətbiqlərdə reallaşdırdıqları mikrotranzaksiyalardan olan gəlirlərin yüksəlmələri üçün Apple şirkəti gizli şəkildə Google-dan reklam alır. Məlumatda qeyd edilib ki, Apple tətbiq tərtibatçılarının razılıqları olmadan onların tətbiqlərinə reklamlar yerləşdirir və Google öz növbəsində bu cür reklamları silmir. Bu barədə Forbes saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti Tinder, Plenty of Fish, Masterclass və Bumple kimi məşhur tətbiqlərdəki istifadəçi abunəliklərindən milyonlarla dollar gəlir əldə edir. Bununla belə tətbiqlərdə yerləşdirilən reklamlarda bunun Apple tərəfindən edildiyi qeyd olunmur. Adi istifadəçilər üçün həmin reklamlar müxtəlif brendlərdən olan reklamlara bənzəyirlər.

Lakin bu cür reklamlardan birinə daxil olan zaman reklam elanının linki istifadəçini birbaşa App Store platformasına yönləndirir. Reklam elanlarında istifadə olunan linklər reklamverənlərin istifadə etdikləri linklərə bənzəyirlər. "Apple şirkəti App Store-dan yüklənmiş tətbiqlərdə alış-verişi irəli çəkməklə əldə etdiyi gəliri maksimuma çatdırmağa çalışır. Şirkət başa düşüb ki, istifadəçiləri internetdə deyil, App Store daxilində alış-verişə məcbur etməklə o, tərtibatçılar üzərindən daha çox gəlir əldə edə bilər" - deyə mənbələrdən biri qeyd edib. iOS-də müəyyən xidmətlərə abunəlik təklif edən tətbiqlər ödənişləri Apple şirkətinin ödəniş sistemi üzərindən və ya bir neçə ödəniş üsulunu dəstəklədikləri halda kənar ödəniş sistemləri üzərindən reallaşdıra bilərlər.

Əgər tərtibatçılar standart üsuldan istifadə edirlərsə, deməli ödənişlər Apple şirkətinin ödəniş sistemi üzərindən reallaşdırılır. Bu halda Apple ilk il ərzində tərtibatçılardan 30% komissiya, sonrakı illərdə isə 15% komissiya əldə edir. Lakin Amazon və HBO kimi böyük şirkətlər öz xidmətlərini fərdi saytlarda satmağa başlasalar, onlar Apple komissiyasından yan keçə biləcəklər. Bu halda bütün gəlir həmin şirkətlərə qalacaq. İlk baxışdan görünə bilər ki, Apple şirkətinin əlavə reklam elanları məhsulun irəli çəkilməsi və tərtibatçıların gəlirlərinin artması üçün yaxşı vasitədir.

Lakin reallıqda bu belə deyil. Məsələ burasındadır ki, istifadəçi App Store-dan yükləmiş olduğu tətbiq daxilində abunəliyə qoşulan zaman həmin tətbiqin tərtibatçısı 30% daha az gəlir əldə edir. Belə ki, Apple tətbiq daxilində reallaşdırılan tranzaksiyalara görə 30% komissiya götürür. Böyük reklamverənlər əmindirlər ki, Apple şirkətinin bu cür siyasəti tərtibatçılara böyük zərər yetirir. Belə ki, bu cür siyasət nəticəsində tərtibatçıların gəlirləri aşağı düşür, tətbiqlərin inkişafı üçün lazımi olan xərclərin miqdarı isə əksinə yüksəlir.


Etiketlər:  Apple şirkəti Google gizli reklam alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ