Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 14:08
Rusiyalı rep ifaçısı Djiqan (əsl adı Denis Ustimenko-Vaynşteyn) homoseksuallığı təbliğ etdiyinə görə Moskva məhkəməsinə çağırılıb.
Sonxeber.net Starhit-ə istinadən xəbər verir ki, təşəbbüs reperin videolarında gey təbliğatını görən ictimai xadim Yuri Obolonskidən gəlib. "Vətəndaş Ustimenko, mənim fikrimcə, qeyri-ənənəvi cinsi oriyentasiyanın cəlbedici görüntüsünü yaratmaq, habelə müəyyən hərəkətlərə sövq etmək məqsədi ilə məlumat yayıb" deyib. Musiqiçidən mənəvi təzminat üçün bir milyon rubl tələb edib. Ustimenko məhkəməyə çağırılıb və o, özü izahat verməli olacaq.
Anar Əli