Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Mənsur Ağayev Vətən müharibəsi zamanı böyük şücaət göstərib - VİDEO

Şəhid Mənsur Ağayev Vətən müharibəsi zamanı böyük şücaət göstərib - VİDEO

Tarix: 3 Dekabr 2021 14:44

İşğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. O da Vətənin azadlığı üçün canını fəda etdi.

Söhbət Hacıqabul rayon sakini Mənsur Ağayevdən gedir.

O, 1994-cü ildə rayonun Padar qəsəbəsində anadan olub. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən Mənsur 44 günlük Vətən müharibəsində könüllü qatılıb.

Qəhrəmanımız Füzuli və Hadrutun işğaldan azad edilməsində böyük şücaət göstərib. Döyüş yoldaşları ilə əsas məqsədləri ilə Şuşaya qədər gedib çıxmaq olub.

Mənsur Ağayev elə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.                     

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Şəhid Mənsur Ağayev Vətən müharibəsi zamanı böyük şücaət göstərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ