Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 16:55
"İlk dəfədir belə böyük filmdə çəkilirəm. Güman edirəm ki, davamlı olacaq".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. "5 Betər" filmində rol alan "Toppuş bacı" ləqəbli aktrisa qala gecəsində obyektivimiz qarşısına keçib. Tədbirə qara geyimdə və baş örtüyündə qatılan Tünzalə xeyli çəki atması ilə də diqqət çəkib.
O bildirib ki, xəstəliyi ilə bağlı iştahı kəsilib və yemək yeyə bilmir:
"Hazırda kimyaterapiya almışam. Ümid edirəm, yaxşı olar. Ayağımda tromp var idi. Onda da kimyaterapiya olmazdı. Buna görə də dayandırdıq, o problemi aradan qaldırdıq. İndi ayağım düzəlib və kimyaterapiyaya davam edirik.
Bir həftədir heç nə yemirəm. Son 15 gündə 8 kiloqram çəki atdım".