Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yatmağa yerimiz belə yox idi”

“Yatmağa yerimiz belə yox idi”

Tarix: 5 Dekabr 2021 14:55

Müğənni Zamiq Hüseynov növbəti instaqram paylaşımı ilə diqqət çəkib. 

Milli.Az olay-a istinadla yazır ki, oğlu Zeyd ilə videosunu paylaşan sənətçi uşaqlıq illərindən söz açıb. O, paylaşıma bu sözləri yazıb:

"Bir gün hər kəs uşaqlıq illərindən danışırdı. Bizim dövrümüzdə yayımlanan cizgi filmlərindən söz düşdü. Onlardan xəbərsiz olduğum üçün mənə güldülər. Mən ürəyimdə kövrələrək dedim ki, siz isti evdə oturub, o cizgi filmləri izləyəndə bizim çadır şəhərciyində televizorumuz , yatmağa yerimiz belə yox idi. Mən Azərbaycan musiqisinə, mədəniyyətinə şərəflə xidmət edirəm və buna görə çox xoşbəxtəm. Əziz oğlum, Allah mənə güc və ömür versin məndə olmayan nə varsa, çalışacam səndə olsun. Çünki insanlar tanımadan, bilmədən kiminsə arxasınca danışmağı, qeybət etməyi sevirlər".

Milli.Az


Etiketlər:  Yatmağa yerimiz belə yox idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ