Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 12:48
Milli Məclisin eks-spikeri, keçmişdə Azərbaycan müxalifətinin liderlərindən biri, mühacirətdə olan Rəsul Quliyev Azərbaycana qayıtmasını istisna etməyib.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlərə müsahibəsində o, istədiyi vaxt Azərbaycana qayıda biləcəyini, lakin vətənində nə edəcəyini bilmədiyini bildirib.
"Düşünürəm ki, nə vaxt istəsəm geri qayıda bilərəm. Bu barədə düşünürəm. Mən oturub danışanlardan deyiləm. Ehtiyac olanda gələcəm. Bəlkə on beş günə gələcəm. Vətən sevgisi orada yaşamaqla bağlı deyil. Hətta mühacirətdə olsam da, mən Azərbaycanın əhalisinin 90 faizindən çoxunu sevirəm", - deyə eks-spiker bildirib.