Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 22:30
Yaponiya alimləri dünyada ilk dəfə olaraq gövdə hüceyrələrindən dərinin xarici qatını və tük soğanacaqlarını yetişdiriblər.
TASS agentliyi xəbər verir ki, alimlərin sözlərinə görə, bu proyektin əsas məqsədi ağır yanıqlar zamanı transplantasiya üçün istifadə oluna bilən insan dərisini yetişdirməkdir.
Eksperiment zamanı alimlər anadangəlmə tük örtüyü olmayan siçana xüsusi proteinlə qarışdırılmış 30 qrup gövdə hüceyrələrini əkiblər. 1 aydan sonra siçanın tükləri çıxmağa başlayıb və tük örtüyü bərpa olunub.
Alimlərin fikirinə görə, gövdə hüceyrələrdən istənilən orqan və toxumaları yetişdirmək mümkündür. Hal hazırda tibbin bu sahəsi bütün dünyada prioritet sayılır. Lakin, bəzi mütəxəssislərin fikirinə görə, gövdə hüceyrələrindən yetişdirilmiş toxumların transplantasiyası gələcəkdə xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.