Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 14:30
Burundinin paytaxtı Qiteqa şəhərində həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfərsə ağır yaralanıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, azı min məhbusun saxlandığı həbsxanadakı yanğının səbəbləri açıqlanmayıb.
Yerli mətbuatın məlumatına görə, Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, onlar qısa müddət sonra binanı tərk ediblər.
Həbsxanaya gedən yollar polis və hərbçilər tərəfindən bağlanıb.