Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əri ilə eyni serialda rol alacaq

Əri ilə eyni serialda rol alacaq

Tarix: 8 Dekabr 2021 15:55

Son günlərin bəyənilən və çox izlənilən serialı "Aziz"in komandasına yeni aktrisa transfer olunub. 

Milli.Az Olay-a istinadən xəbər verir ki,  bu sima hər kəsi təəccübləndirib. Belə ki, ekran işinin baş rolu Murat Yıldırımın xanımı İman Elbani də serialda yer alacaq. 

Onun hansı rolu ifa edəcəyi isə hələ açıqlanmayıb. Mərakeşdən olan aktrisanın çəkiliş zamanı lentə alınan fotoları sosial şəbəkələrdə maraq doğurub. 

Həmçinin, onun Türkiyədə ilk dəfə həyat yoldaşı Yıldırım ilə kamera qarşısına keçəcəyi söylənilib. 

Qeyd edək ki, sözügedən serialda Damla Sönmez, Simay Barlas, Ahmet Mümtaz Taylan kimi simalar rol alır.

Milli.Az


Etiketlər:  Əri ilə eyni serialda rol alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ