Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstilik verilməyən binanın sakinlərinə borc bildirişləri gəlir - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

İstilik verilməyən binanın sakinlərinə borc bildirişləri gəlir - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Tarix: 8 Dekabr 2021 17:12

Paytaxtın Xətai rayonunda yerləşən binalardan birinin sakinləri qəribə vəziyyətlə üzləşiblər. Sakinlər iddia edirlər ki, uzun müddətdir, binalarına istilik verilmir, amma onlara borclu olduqlarına dair bildirişlər gəlir. Bəs binanın istilik sistemində hansı problem var? Əgər istilik yoxdursa, yazılan borc nə ilə bağlıdır? 

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Xətai rayonu, Rahib Məmmədov 10 ünvanında yerləşən binanın sakinləri iddia edirlər ki, 72 mənzilə illərdir, istilik verilmir, amma ünvanlarına borc bildirişi gəlir.

Onların sözlərinə görə, istiliyin verilməməsi ilə bağlı dəfələrlə ''Azəristiliktəchizat'' ASC-yə müraciət etsələr də, nəticəsi olmayıb.

''Azəristiliktəchizat'' ASC-nin xidmət rəisi Rafiq Əliyev binaya hansı səbəbdən istilik verilmədiyinə, eləcə də sakinlərə niyə borc bildirişinin yazıldığına aydınlıq gətirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  İstilik verilməyən binanın sakinlərinə borc bildirişləri gəlir İDDİA RƏSMİ CAVAB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ