Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 16:12
"Azərbaycan Prezidentinin son bir ildən çox müddətdə Qarabağ məsələsi ilə bağlı regional və xarici siyasət kursunu doğru hesab edirəm. O cümlədən də, müxalifət mövqeyindən çıxış edərək, daxili siyasətini..."
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn qatıldığı canlı yayımlardan birində deyib.
Belə ki, millət vəkili Fazil Mustafa ilə debata çıxan Pənah Hüseyn fikirlərini bu cür davam etdirib:
"Zaman-zaman qeyd edirəm ki, daxil siyasət məsələsində fikirlərin ictimaiyyətə çatdırılmasında ciddi problemlər var. İqtidarın mövqeyi aydındır. Lakin bizlərin də mövqeyinin bilinməsinə ehtiyac var".
AXP rəhbəri daha sonra opponentinin İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı Quba rayonuna səfəri çərçivəsində qeyd etdiyi fikirləri dəstəklədiyini bildirib:
"Əlavə olaraq onu da qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qarşısına konkret tarix qoyulmalıdır. Azərbaycan tərəfi İlham Əliyevin şəxsində bu məsələni tələb etdi".