Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankarada İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər tutulub

Ankarada İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər tutulub

Tarix: 9 Dekabr 2021 18:42

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən antiterror əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinən 30 əcnəbidən 22-si tutulub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ankara Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsi məlumat yayıb.

Bildirilib ki, münaqişə bölgələrində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 30 əcnəbi vətəndaşın yaşadığı yerdə antiterror əməliyyatı keçirilib. Müxtəlif ünvanlarda eyni zamanda keçirilən əməliyyat nəticəsində 22 şübhəli tutulub.

Vurğulanıb ki, münaqişə bölgələrindən qaçaraq Türkiyədə gizlənən qruplaşma ilə əlaqəsi olanların tutulması istiqamətində fəaliyyət davam edir.


Etiketlər:  Ankarada İŞİD əlaqəsi olmaqda şübhəli bilinən nəfər tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ