Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" ardıcıl 6-cı dəfə qrupda!

Tarix: 29 Avqust 2019 21:56

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq.

Qol.az xəbər verir ki, keçiriləcək 21 oyunla qrup mərhələsinə yüksələn komandalar bəlli olacaq.

Turnirdə ölkəmizi təmsi edən “Qarabağ” da cavab matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edir.

Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”a 1:0 hesablı qələbə də bəs edir.


29 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1
Qol:
Xayme Romero, 6 (1:0), Abdullah Zubir, 89 (2:0), Şeyn Leyveri, 902 (2:1)
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 


Etiketlər:  Qarabağ ardıcıl 6 dəfə qrupda


RƏYLƏR