Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 19:22
Müğənni Roza Zərgərli mərhum Xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanmadığını açıqlayıb. O, "Tam vaxtıdır" verilişində bildirib ki, ailəsinin məzar daşını düzəltdirməyə maddi imkanı çatmır.
Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Rzazadə ilə əlaqə saxladıq.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, o,bu haqda danışmaq istəmədiyini deyib:
"Bu barədə açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, sadə məzar daşı düzəltdirmək çox asandır. Amma Yalçın Rzazadə sadə insan olmayıb. Atam Azərbaycan estrada sənətinə bir yenilik gətirib".
Qeyd edək ki, Yalçın Rzazadə fevralın 22-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Lənkəran rayonunun, Liman şəhər qəbiristanlığında dəfn olunub.