Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 22:20
BBK Electronics şirkətlər qrupuna məxsus olan OPPO, OnePlus və Realme brendləri artıq uzun müddətdir ki, özlərinin elektromobilləri üzərində çalışırlar. Adları sadalanmış brendlər elektromobillər və avtopilot sistemləri də daxil olmaqla mümkün avtomobil məhsulları ilə bağlı müxtəlif ticarət nişanlarını artıq qeydiyyatdan keçirdiblər. İndi isə bu mölumatı məşhur hindistanlı insayder Mukul Sharma təsdiqləyib. İnsayder bildirib ki, OPPO şirkəti həqiqətən də elektromobil üzərində çalışır və həmin elektromobil Hindistan bazarı üçün nəzərdə tutulacaq. Elektromobilin 2023-cü ilin sonunda və ya 2024-cü ilin əvvəlində satışa çıxacağı gözlənilir.
Hal hazıda OPPO şirkətinin elektromobilinin sahib olacağı texniki özəlliklər barəsində heç bir məlumat yoxdur. Elektromobil istehsalı məsələsində şirkətin kənar istehsalçılar ilə əməkdaşlıq edəcəyi və ya elektromobil üçün nəzərdə tutulmuş komponentlərin sifariş olunub onun fərdi şəkildə yığılmasını reallaşdıracağı bilinmir. Qeyd etmək lazımdır ki, maliyyə ilinin birinci yarısında (aprel ayından sentyabr ayına kimi) Hindistanda 6261 ədəd elektromobil satılıb. Keçmiş maliyyə ili üzrə isə ümumilikdə 5905 ədəd elektromobil satılmışdı. Başqa sözlə desək, Hindistanda elektromobil bazarının payı 234% yüksəlib. Bu cür yüksəlişin səbəbi isə Hindistanın FAME II adlı yerli proqramı çərçivəsində təqdim edilmiş subsidiyalar ilə güzəştlər olublar.