Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət - FOTO

Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət - FOTO

Tarix: 12 Dekabr 2021 01:35

Məşhur aktyor Alek Bolduin tərəfindən təsadüfən operator Qalina Hatçinsin güllələndiyi "Pas" ("Rust") filminin yaradıcı komandası çəkilişləri davam etdirməyə çağıran məktub imzalayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mesajın mətni Bolduinin "Instagram" səhifəsində yerləşdirilib.

"Pas" filminin çəkilişi zamanı iş qrafikimiz və maaşımız ədalətli və gözləntilərə uyğun idi", - deyə məktubda bildirilir.

Məktubda daha vacib şeylərə diqqət yetirmək xahişi var.

"Pas" filminin çəkilişini nizamsız, təhlükəli və istismar xarakterli iş kimi qələmə vermək səhvdir. Bu diqqəti ən vacib olandan - Qalina Hatçinsin xatirəsindən və kino sənayesində köhnəlmiş təhlükəsizlik texnologiyası, həmçinin odlu silahlarla işləmək texnologiyasının müasirləşdirilməsi zərurətindən yayındırır", - deyə çəkiliş qrupunun üzvləri yazıb.

Bundan əvvəl filmin rejissor assistenti Memi Mitçell və baş işıqçı Serj Svetnoy Bolduini, filmin prodüserlərini və silahla işləyən texnikə qarşı məhkəmə iddiası qaldırmışdı.


Etiketlər:  Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ