Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 23:54
Bədxassəli şişlər ağciyərin müxtəlif nahiyələrində yarana, həmçinin digər orqanlarda xərçəngin inkişafı nəticəsində metastaz şəklində "tənəffüs mərkəzinə" yayıla bilər.
Sonxeber.net bildirir ki, adətən, ilkin mərhələdə xəstəlik gizli qalır və onun əlamətləri görünmür.
Belə hallarda diqqətli olmaq vacibdir. Çünki şişin erkən aşkarlanması xəstəlikdən xilas olma şansını xeyli artırır.
"Cancer Reasearch UK" təşkilatından öskürəyin ağciyər xərçənginin ən çox görülən simptomu olduğu bildirilib.
Qurumun ekspertlərinin sözlərinə görə, davamlı, ağrılı və qanlı bəlğəmlə müşahidə olunan öskürək ağır xəstəliyin əlaməti ola bilər.
Bundan əlavə, nəfəs darlığı, iştahsızlıq, sinə və ya çiyin ağrısı, daimi yorğunluq hissi və çəki itkisi, üz və boyun şişkinliyi də ağciyər xərçəngindən xəbər verə bilər. /medicina.az