Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Regionun inkişafında Ermənistan maneəsi - Paşinyan daşı ətəyindən atmasa...

Regionun inkişafında Ermənistan maneəsi - Paşinyan daşı ətəyindən atmasa...

Tarix: 13 Dekabr 2021 10:18

"3+3" platforması Azərbaycanın tarixi zəfərindən sonra yaranmış yeni geosiyasi reallıqları təcəssüm edən unikal bir inteqrasiya modelidir. Bu, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin miqyasının böyüklüyündən xəbər verir. Qürurverici haldır ki, məhz Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüs etdiyi bir layihə bütün region ölkələri tərəfindən dəstəklənir". 

Bunu Sonxeber.net-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, "3+3" platformasının işlək bir mexanizmə çevrilməsi yolunda əsas maneə Ermənistandır:

"Müstəqillik tarixlərində ilk dəfədir ki, 3 Cənubi Qafqaz ölkəsi eyni bir inteqrasiya modelində təmsil olunur. Rusiya, İran və Türkiyənin də formatın tərkibində yer alması əməkdaşlıq və etimad mühitinin daha da möhkəm olacağına dəlalət edə bilər. Hər halda, regionda əməkdaşlıq və inkişafa maneçlik törədən nüanslara region ölkələrə qədər heç kəs bələd ola bilməz. Bu mənada, regionun bütün ölkələrinin cəlb olunduğu bir platforma söz yox ki, böyük iqtisadi-siyasi perspektivlər vəd edir. Hazırkı məqamda əsas məqsəd regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpasına nail olmaqdır.

Kommunikasiyaların açılmasına mane olan əsas amil kimi Ermənistan dövləti çıxış edir. Bu ölkənin irrasional və qeyri-konstruktiv addımları nəticəsində bütün region ölkələrini yaxından maraqlandıran Zəngəzur dəhlizi hələ də reallaşmayıb. Eləcə də iki ölkə arasında yekun sülh razılaşmasının əldə olunması istiqamətində qarşı tərəfdən adekvat addımların atılmaması son nəticədə regionda etimad və əməkdaşlıq mühitinə böyük zərbə vurur. Beləliklə, "3+3" platformasının işlək bir mexanizmə çevrilməsi yolunda əsas maneə Ermənistandır. 

Rusiya ilə yaşadığı məlum siyasi konfliktə görə Gürcüstanın bu platformanın fəaliyyətində bir qədər tərəddüdlə iştirak edəcəyi gözlənilir. Bu yaxınlarda Moskvada XİN rəhbərlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə bu ölkənin təmsil olunmaması qeyd etdiyim faktorla əlaqəlidir. Amma bu, o demək deyil ki, Tbilisi bütünlüklə kənarda qalacaq. Güman ki, digər tədbirlərdə biz Gürcüstan dövlətinin fəal iştirakının şahidi olacağıq. Onu da qeyd etməkdə zərurət var ki, Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlamasına görə, Moskvada həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaqdır. Bunun özü ondan xəbər verir ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilmişdir".

Təhməz Əsədov


Etiketlər:  Regionun inkişafında Ermənistan maneəsi Paşinyan daşı ətəyindən atmasa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ