Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 19:15
"Səhhətimlə bağlı böyük bir imtahandan keçdim. Onlar mənim maddi və mənəvi köməyim olmasaydılar, işim ağır idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Söhbət musiqidən gedir" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni əməliyyat xərclərinin dövlət tərəfindən ödənildiyini açıqlayıb.
"6 dəfə əməliyyat olundum, bir dəfə uf demədim. Özümü Allaha təslim etdim" deyə, Ağayev əlavə edib.
Qeyd edək ki, A.Ağayev Türkiyədə əməliyyat olunub.