Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 19:25
Son günlər "Zəhər tuluğu" filmi ilə gündəmə gələn aktyor Taleh Yüzbəyov bir vaxtlar ev kirayəsini ödəyə bilmədiyi üçün nişan üzüyünü satıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova Taleh barədə paylaşım edərkən yazıb. O, 35 yaşını qeyd edən Taleh Yüzbəyova üzük hədiyyə verib.
"Nişan üzüyünü satmağın nə qədər çətin olduğunu yəqin satanlar başa düşər. Kirə pulunu verə bilməyib Talehin üzüyünü satmışdıq və Taleh bu hadisədən çox pis olmuşdu", - deyə, Yüzbəyova səhifəsində yazıb.
Qeyd edək ki, cütlüyün iki övladı var.