Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 19:56
İran 20 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İranın Məhkəmə Sistemi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, həmin şəxslər insan haqlarını pozduqlarına görə, İranın sanksiya siyahısında yer alıblar.
"Biz Amerikanın qanun pozuntularının qarşısında sakit oturmayacağıq. Bu şəxslərə qarşı sanksiyanın tətbiq olunması ilə ən azından onların insan haqlarını tapdaladığını elan etmiş oluruq".