Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 11:24
Bəlli olduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının əsas tələblərindən biri ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina məsələsi idi. Sirr deyil ki, Birinci Qarabağ müharibəsindən sonra münaqişənin nizamlanmasını nəzərdə tutan bu format 30 il ərzində fəaliyyətsizliyi ilə yadda qaldı. İndi isə İrəvan və Vaşinqtonun mövqelərinə baxmayaraq Brüssel Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləyib.
Məsələ burasındadır ki, Aİ-nin sədri Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşündə Minsk qrupunun missiya və fəaliyyətinə heç toxununlmayıb. Bu da İlham Əliyevin müəyyən etdiyi siyasi hədəflərə uyğundur. Azərbaycan lideri Minsk qrupunun yalnız bir rolunu görür - humanitar missiya və sülhün bərpasında vasitəçiliyi. Eləcə də, bura iki ölkənin cəmiyyətləri arasında etibarın yaranması, Azərbaycan və Ermənistan arasında tam barışığın əldə olunması da daxildir. Minsk qrupunun istənilən digər fəaliyyəti Rusiyanın vasitəçiliyi ilə imzalanan sülh razılaşmasına ziddir. Belə ki, İlham Əliyev və Vladimir Putin Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə başa çatdığını bəyan ediblər.
Kamran Seyidov