Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 20:44
"Altın Kelebek" mükafatlandırma mərasimində "Yaşam boyu onur ödülü" mükafatına layiq görülən müğənni İbrahim Tatlısəs haqqında danışılan iddialara cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı uğurlarının buraxdığı səhvlərin kölgəsində qalmasına və sənət dostları tərəfindən tənqid edilməsinə kədərləndiyini açıqlayıb. O, adının qadına qarşı şiddətdə hallanmasına belə reaksiya verib:
"Bəli, bu səhvləri buraxmışam. 30 il əvvəl. Bundan sonra çıxıb üzr istədim və bir daha belə bir hadisə yaşanmadı. Uğurlarımın heçə sayılması məni kədərləndirdi".
Tatlısəsin tənqid edənlər arasında yer alan aktyor Kerem Bürsindən incidiyi və onunla küsülü olduğu ortaya çıxıb.
Qeyd edək ki, həyat yoldaşları Derya Tuna, Perihan Savaş, rəqqasə Asena və müğənni Yıldız Tilbe kimi bir çox qadına şiddət göstərən Tatlısəs bir müddət əvvəl məşhurlar tərəfindən tənqidlərə tuş gəlib.