Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 17:26
İnşası davam edən Quba-Susay-Xınalıq avtomobil yolunda uçqun baş verib. Yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çöküb.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, bura uçqunun baş verdiyi ərazidir. Torpaq sürüşməsi nəticəsində yolun hər iki hissəsi yararsız vəziyyətə düşüb. Nəticə hazırda hər iki istiqamətdə avtomobillərin hərəkəti təhlükəlidir.
Yolun hərəkət üçün təhlükəli olduğunu yerli sakinlər də təsdiq edir. Onlar bildirir ki, xüsusən gecə saatlarda yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır.
AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, hazırda sözügedən yolda tikinti işləri davam etdirilir. Bu səbəbdən də təhlükəsizlik məqsədilə sürücülərdən alternativ yol olan Quba-Xınalıq yolundan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, ümumi uzunluğu 58,8 kilometr olan Quba-Susay-Xınalıq yolunun tikintisi işləri davam etdirilir. Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşıması xeyli yaxşılaşdıracaq.