Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis

“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis

Tarix: 19 Dekabr 2021 14:54

Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-a yoluxan xəstələrin tək başına özünü müalicə etməsinin yolverilməz olduğunu bildirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, mütəxəssis koronavirusun bir deyil, iki xəstəliyə səbəb olduğunu vurğulayıb.

Myasnikov əlavə edib ki, COVID-19 testi müsbət çıxan insanlar sətəlcəm olmadığı təqdirdə qan durulaşdıran dərmanlar qəbul etməməlidirlər: "Həkimin göstərişi olmadan belə dərmanların düşünmədən istifadəsi beyin damarlarının pozulmasına və mədə-bağırsaq traktında qanaxmalara səbəb ola bilər".

"Virusa yoluxmanın qarşısını almağın ən yaxşı yolu peyvənddir. Çünki peyvənd infeksiyaya qarşı ən effektiv qorunma olaraq qalır", deyə həkim vurğulayıb.


Etiketlər:  COVID xəstələrinin özü özünü müalicə etməsi yolverilməzdir Rusiyalı mütəxəssis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ