Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rektor sifarişli qətl ittihamı ilə həbs edilib

Rektor sifarişli qətl ittihamı ilə həbs edilib

Tarix: 22 Dekabr 2021 23:36

Moskvanın Basmannı məhkəməsi sifarişli qətldə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu fevralın 21-də həbs edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və İlşat Qafurov barəsində həbs-qətimkan tədbiri seçilib.

Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, daha əvvəl Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb.

Yerli mətbuatın yazdığına görə, rektorun regional mütəşəkkil cinayətkar qruplardan biri ilə yaxınlığı ehtimal edilir.

Milli.Az


Etiketlər:  Rektor sifarişli qətl ittihamı ilə həbs edilib


RƏYLƏR