Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 23:03
Siqaret çəkmək ağciyər xərçənginin əsas səbəbidir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərib ki, ağciyər xərçənginə tutulan və bu xəstəlikdən vəfat edən insanların təxminən 90 % siqaret çəkirdi.
The Daily Mail xəbər verir ki, Amerika alimlərinin son araşdırmaları sübut edib ki, hal hazırda və ya əvvəl siqaret çəkən insanlarda ibuprofenin müntəzəm qəbulu ağciyər xərçəngindən ölüm riskini 48% qədər azaldır.
Alimlər bunun səbəbini hələ təyin etməyiblər.
Təbii ki, ibuprofeni həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bu preparatın müxtəlif əks-göstərişləri və yanaşı təsirləri var.